Modern.az

Qubad İbadoglu 7 nəfəri vəzifəyə təyin etdi - SİYAHI

Qubad İbadoglu 7 nəfəri vəzifəyə təyin etdi - SİYAHI

Təhsil

11 Aprel 2015, 23:40


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədri Qubad İbadoglunun bu gün bir sıra təyinatlarla bağlı sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, Müsavat başqanlığına keçmiş namizəd, partiya sıralarından xaric edilmiş Səxavət Əlisoy ADR  Hərəkatının özəl institutlar və sahibkarlarla iş üzrə müavini, Məlahət Mürşüdlü demokratik təsisatlar və vətəndaş cəmiyyəti ilə iş üzrə müavin təyin olunublar.

Bundan başqa, Dünyaxanım Cərullayeva ADR Hərəkatının icra aparatı nəzdində Ümumi işlər Departamentinin rəhbəri, Əhliman Abbas Beynəlxalq əlaqələr üzrə Departament rəhbəri, Hamlet Səfixanlı Maliyyə Departamentinin rəhbəri, Rövşən Dəmirli Təşkilatı məsələlər üzrə Departamentin rəhbəri, Samir Abbaslı İnformasiya Departamentinin rəhbəri təyin olunublar.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə