Modern.az

Rusiya hərbi gəmisi Yəməndən 5 Azərbaycan vətəndaşını təxliyə etdi

Rusiya hərbi gəmisi Yəməndən 5 Azərbaycan vətəndaşını təxliyə etdi

Təhsil

12 Aprel 2015, 11:07


Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Priazovye” kəşfiyyat gəmisi Yəməndə üsyançılara (husilər) qarşı xüsusi əməliyyatın aparıldığı zonadan 19 ölkənin 308 vətəndaşını təxliyə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.   “Adenin döyüş zonasından təxliyə edilən şəxslər 19 ölkənin vətəndaşıdır. Onlardan 45-i Rusiya, 18-i ABŞ, 5-i Böyük Britaniya, 1-i Bolqarıstan, 6-sı Estoniya, 14-ü Ukrayna, 9-u Belarus, 3-ü  Türkmənistan, 8-i Özbəkistan, 5-i Azərbaycan, 1-i Bəhreyn, 5-i Cibuti, 159-u Yəmən, 1-i Somali,  3-ü Fələstin, 13-ü İordaniya, 9-u Kuba, 2-i Misir, 1-i Səudiyyə Ərəbistanı vətəndaşıdır”, deyə Konaşenkov bildirib.  

Onun sözlərinə görə, təxliyə edilən vətəndaşlar səhər saatlarında Cibutiyə çatdırılacaqlar.    

Qeyd edək ki, ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri ötən gün Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib.      

Məlumata görə, təyyarələr Misirin paytaxtı Qahirəyə dönməyə məcbur olub.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə