Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yanaşmada yeni reallıq formalaşıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, sabiq prezident hesab edir ki, Qarabağ nizamlanması üzrə əsas proses Rusiya -Azərbaycan – Ermənistan formatında davam edəcək.
“ATƏT-in Minsk formatı yalnız ondan ötrü saxlanılacaq ki, Qərb qıcıqlanmasın”deyən sabiq prezidentin fikrincə, Ermənistan Qarabağ münaqişəsinin həllinin sırınması təhlükəsi qarşısındadr. O qeyd edib ki, o hər zaman Qarabağ münaqişsəinin həlli açarının Rusiyanın əlində olduğunu söyləyib.
“İndi isə Ermənistandakı ordunun dislokasiya müddətinə dair yeni saziş imzalamaqla və ZPK S-300 raketlərini Azərbaycana satmaqla Rusiya Qarabağ nizamlama prosesində öz rolunu daha da möhkəmləndirib. Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və bu tərəfdaşlıq konkret məzmun alıb. Ermənistan isə regionda əsas tərəfdaş kimi Rusiya ilə monopoliyasını itirib”,-deyə sabiq prezident bildirib. Onun sözlərinə görə, bu perspektiv barədə o hələ 1998-ci ildə xəbərdar edib.
“Hazırda Serj Sərkisyanın manevr etmək imkanları itib və öz xoşbəxtliyini Moskva və Ankarada axtarmalıdır. Münaqişənin həllində yaranmış olan indiki situasiyadan yeganə çıxış yolu hakimiyyətin dəyişməsi və yeni, qanuni seçkilər yolu ilə yeni hakimiyyətin formalaşdırılmasıdır. Əgər bu baş verməsə, onda Ermənistana onun milli maraqlarına cavab verməyən həll variantı sırına bilər”.
Petrosyan hesab edir ki, indiki hökumət iki addım atmalıdır; ölkədə demokratiya bərqərar olunmalı, siyasi məhbuslar azad olunmalı, vətəndaş azadlıqları və hüquqlar təmin olunmalıdır, ikincisi isə Xakəndi tamhüquqlu münaqişə tərəfi kimi danışıqlar prosesinə cəlb olunmalıdır.
“Sərkisyan bunlardan heç birini etmir. Və onun fəaliyyətsizliyi satqınlığa bərabərdir. Baxmayaraq ki, müxalifət tezliklə münaqişənin həllinə tərəfdardır, Xankəndinin imzası olmayan sənədi biz qəbul etməyəcəyik. Bundan əlavə, Qarabağa dair saziş Ermənistan və Qarabağda referenduma çıxarılmalıdır”.
Sabiq prezident hesab edir ki, Serj Sərkisyanın imzaladığı müqavilə, saziş, qanunlar və digər sənədlərin heç bir qanuni qüvvəsi yoxdur, çünki Sərkisyanı qanun yolu ilə seçilmiş prezident deyil. Ter-Petrosyan qeyd edib ki, o bir an olsa belə, Sərkisyanın vaxtından əvvəl hakimiyyət kreslosunu tərk etməsinə şübhə etmir.