Modern.az

Qubad İbadoğlu Eynulla Fətullayevin yazdıqlarına qarşı ÇIXDI

Qubad İbadoğlu Eynulla Fətullayevin yazdıqlarına qarşı ÇIXDI

Təhsil

13 Aprel 2015, 10:59


“Eynulla Fətullayevin haqqımda yazdığı yazı ilə bağlı bütün müraciətlərin hamısına şərh verməkdən imtina edərək “yox” demişəm. Baxmayaraq ki, həmin yazıya cavab olaraq “Yeni Müsavat” qəzetində “ABŞ-ın yeni seçimi Qubad İbadoğludur?” yazısında da mənim fikirlərim yer almayıb”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu deyib.

“ADR-in İdarə Heyətinin üzvü Ellada Məmmədli sizin haqqınızda Eynulla Fətullayevin hakimiyyətin sifarişi əsasında yazdığını deyir. Bu doğrudurmu” sualına Qubad İbadoğlu konkret  cavab verib: “Bu da doğru deyil”.

Tanınmış jurnalist Eynulla Fətullayev bir neçə gün əvvəl ADR Hərəkatının sədri ilə bağlı “ABŞ-ın yeni seçimi - Qubad İbadoğlu” adlı məqalə yazıb.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə