Modern.az

Milli Şura ilə Qubad İbadoğlu əməkdaşlığa BAŞLAYIR?

Milli Şura ilə Qubad İbadoğlu əməkdaşlığa BAŞLAYIR?

Təhsil

13 Aprel 2015, 11:46


Qarşıdan gələn parlament seçkisi ərəfəsində Milli Şura ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADRH) əməkdaşlığı gözlənilirmi?

Modern.az saytı Milli Şuranın sədri Cəmil Həsənli və ADR Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun fikirlərini öyrənib. Cəmil Həsənli  bu məsələlərlə bağlı Milli Şurada müzakirə aparmadıqların bildirib: “Buna görə də belə bir şey yoxdur. Qarşı tərəfdən hər hansı bir təklif olunmayıb”.

Vurğun Əyyub isə bildirib ki, ADR  ictimai bir təşkilatdır: “Azərbaycan qanunvericiliyinə görə hərəkat olaraq seçkidə iştirak etmək hüququmuz yoxdur. Hərəkatın üzvləri majoritar qaydada müstəqil şəkildə öz namizədliyini verəcək. ADR də onları müdafiə edəcək. Seçkilərlə bağlı hər hansı bir qurumla müzakirəmiz yoxdur.

Qarşı tərəfdən belə təklif olunmayıb və güman etmirəm də olsun. Rəsmi olaraq seçkilərdə iştirak edə bilmərik. Əgər təklif olunarsa, müzakirə edərik”. Bu ilin fevralında təsis olunan ADR-in sədri Qubad İbadoğludur.

Yeganə OQTAYQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə