Modern.az

Azərbaycanda orta məktəb şagirdi adam öldürdü

Azərbaycanda orta məktəb şagirdi adam öldürdü

Təhsil

13 Aprel 2015, 11:48

Tovuzda 11-ci sinif şagirdi 19 yaşlı həmkəndlisini qətlə yetirib. Tovuz Rayon Prokurorluğundan "Trend"ə verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində rayonun Qədirli kənd sakini, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Nemət Rzayev şəxsi münasibətlər zəminində yaranmış mübahisədə həmkəndlisi, 1996-ci il təvəllüdlü İdris Paşayevə bıçaqla xəsarət yetirib. İ.Paşayev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə