Modern.az

Bakıdakı qəzada ölənlərin adları açıqlandı - 4 nəfərdən 2-si ata-oğuldu

Bakıdakı qəzada ölənlərin adları açıqlandı - 4 nəfərdən 2-si ata-oğuldu

Təhsil

13 Aprel 2015, 12:15

Bakı Şəhər Baş Polis İdarəsi ötən gecə baş vermiş ağır yol qəzasında ölənlərin adlarını açıqlayıb.
Modern.az xəbər verir ki, idarənin məlumatına görə, aprelin 12-də saat 23.40 radələrində, Sabunçu qəsəbəsi Şəhər şossesi küçəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Qabil Ələkbər oğlu Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla 1980-ci il təvəllüdlü Vidadi Söyün oğlu Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində V.Sərdarov, sərnişinləri - qardaşı, 1988-ci il təvəllüdlü Etibar, 1963-cü il təvəllüdlü İlqar Nizami oğlu Orucov və oğlu 1990-cı il təvəllüdlü Elçin hadisə yerində ölüb.  
Faktla bağlı Sabunçu RPİ 12-ci PB-də araşdırma aparılır.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə