Modern.az

Azərbaycan Kommunist Partiyasından Ukraynaya ETİRAZ: “Bu, sərsəmlikdir”

Azərbaycan Kommunist Partiyasından Ukraynaya ETİRAZ: “Bu, sərsəmlikdir”

Təhsil

13 Aprel 2015, 12:53

 

Azərbaycan Kommunist Partiyası (AKP) Ukrayna Ali Radasında qəbul olunmuş “Ukraynada kommunist və millətçi-sosialist  totalitar rejimlərinin və onların rəmzlərinin təbliğinin qadağan olunması haqqında” qanunla  əlaqədar öz etirazını bildirib.    

AKP sədri Rauf Qurbnaov Modern.az-a açıqlamasında deyib ki, rəhbərlik etdiyi qurum qəbul olunma aktını kəskin pisləyir.   Onun sözlərinə görə bu qadağa həm kommunist partiyasının adı, həm də oraq, çəkic, beşgüşəli ulduz, sovet əsgərləri tərəfindən reyxstaq üzərinə sancılan Qələbə Bayrağına da aiddir.     

“Belə bir antidemokratik qanun layihəsi, 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamə ilə təmin olunan  insan və vətəndaş hüquq və azadlıqları kobud  şəkildə pozur və Sovet tarixini saxtalaşdırır.

Hal-hazırda Ukrayna cəmiyyəti özünün çox çətin dövrünü yaşayır. Dövlətçiliyin hüquqi əsasları sarsılıb, iqtisadi inkişafın səviyyəsinin və  xalqın rifahının aşağı enməsi müşahidə olunur.    

Hər gün insan təlafatı baş verir, gənclər səpələnmiş vəziyyətdədir, vətəndaşlar  öz doğma ölkələrində özlərini təhlükəsiz  hiss etmirlər.  Hakimiyyətdə olan oliqarxlar  mövcud problemləri həll etmək əvəzinə,  Sovet xalqının Böyük Vətən Müharibəsində qanmış olduğu  tarixi  qələbənin 70 - ci ildönümü ərəfəsində  kommunist ideologiyasına və sovet simvolikalarına qadağa qoyması  Ukrayna hakimiyyətinin bir daha öz antihumanist və repressiv təbitəini ortaya qoymuş olur.  

Ölkədə xalq ilə qeyri-bərabər müharibə gedir, sovet dövrünə aid heykəllərin dağıdılması ilə isə vandalizm aktları törədilir. Ukrayna Ali Radasında qəbul olunmuş bu qanun yeni repressiyalara yol açır, vətənin müdafiəsi və dünyanın faşizim  vəbasından xilas olunması yolunda qazanılmış qələbələrə  görə alınan orden və medalları insanların daşıması qeyri-qanuni hesab edilir”.  

Partiya sədri hesab edir ki, qəbul olunmuş qanun, onsuz da gərgin olan vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq. O bildirib ki, kommunist ideologiyasının qadağan olunması, zəhmətkeşlərin və ziyalıların  hüquqlarının qorunması, sosializm cəmiyyətinin qurulması uğrunda mübarizə aparan Ukrayna Kommunist Partiyasının da fəaliyyətini qanundan kənarda qoyur.

“Biz, Azərbaycan kommunistlər,  bu cür qanunun qəbul olunmasını antidemokratik, insan hüquq və azadlıqlarına  hörmətsizlik , bugünkü  dünyamız  uğrunda canlarından keçmiş insanların xatirəsinə təhqir kimi qəbul edirik. Faşist  işğalçılarına qarşı mübarizədə ən böyük töhfəni məhz Kommunist Partiyasının rəhbərliyi ilə Sovet İttifaqı vermişdir. İndi isə kommunist ideologiyası ilə faşizmi eyniləşdirmək sadəcə sərsəmlik və  absurddur.  

Beləliklə, Azərbaycan Kommunist Partiyası Ukraynada hakimiyyətdə olan xuntanın SSRİ ilə Hitler Almaniyasını eyniləşdirərək ikinci Dünya Müharibəsinin nəticələrini  təftiş etmək cəhdlərini əsassız və yanlış hesab edir və  bu hadisələrdən dərin narahatçılıq hissi keçirərək Beynəlxalq ictimaiyyəti və  sağlamdüşüncəli insanları  bu cür xoşa gəlməz hallara qarşı birgə həmrəylik nümayiş etdirməyə çağırır”,-deyə Rauf Qurbanov söyləyib.  

Aqşin Kərimov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə