Modern.az

Sabahın hava PROQNOZU - Yağış kəsiləcək, gün çıxacaq

Sabahın hava PROQNOZU - Yağış kəsiləcək, gün çıxacaq

Təhsil

13 Aprel 2015, 12:58
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə buludlu olacağı, arabir yağış yağacağı, gün ərzində dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
aprelin 14-də arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, havanın gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.  

Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə