Modern.az

“General qanunun aliliyini övlad məhəbbətindən üstün tutub” - Bəxtiyar Sadıqov

“General qanunun aliliyini övlad məhəbbətindən üstün tutub” - Bəxtiyar Sadıqov

Təhsil

13 Aprel 2015, 16:22

Daxili İşlər Nazirliyinin (DİN)  İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif  Əsədullayevin oğlu Tamerlan Əsədullayevi həbs etdirməsi ölkə mətbuatında geniş müzakirə edilir.

Məsələ il bağlı “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Modern.az saytına danışıb.

“Heç bir valideyn istəməz ki, övladı səhv bir hərəkət etsin. Bəzən qanunların pozulmasına səbəb olacaq, hətta cinayət kimi qiymətləndiriləcək əməllər törətsin. Amma cavanlıqda olur. Bəzən insan əsəblərini cilovlaya bilmir, bəzən düşünmür, bəzən dəliqanlılıq edir.

Mən bu hadisəni eşidəndə çox dərin təəssüf hissi keçirdim. Ancaq generalın atdığı addım məni çox razı saldı. Uzun müddət mühafizə orqanlarında işləmiş bir insanın qanunun aliliyini övlad məhəbbətindən üstün tutması təqdir olunacaq haldır. Bu eyni zamanda hamımız üçün bir nümunədir ki, qanun hamı üçün qanundur. Əgər övladımız da səhv edibsə, biz çalışmalıyıq ki, onu qanuni yolla islah edək .

Övladımız da nəzərə almalıdır ki, valideyn məni nə qədər çox istəsə də, qanun hər kəsdən yüksəkdir. Mənim valideynim də qanunun aliliyini qəbul edibsə, buna görə onun özü də hörmətə layiqdir”.  

General-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev  Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında baş verən davada iştirak edib. Tamerlan barədə  Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq)  maddələri ilə cinayət işi başlanıb.   

 Ulduz İbrahimova    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə