Roma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı bəyanatına İtaliya reaksiya verib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyanın Avropa İşləri üzrə dövlət katibi Sandro Gozi Roma Papasının uydurma erməni soyqırımını tanımağa yönəlik açıqlamasını tənqid edib.O qeyd edib ki, bir hökumət “soyqırımı” kəlməsindən istifadə etməməlidir.
“Bu, hökumətlərin yox, tarixçilərin işidir”,-deyə o bildirib.
İtaliyanın xarici işlər naziri Paolo Gentiloni isə Türkiyənin atdığı addımların düzgün olmadığını söyləyib. “15 il bundan əvvəl Papa II Jean Paul da buna bənzər açıqlama vermişdi. Türklərin sərt açıqlaması haqlı görünmür”.
Qeyd edək ki, Roma Papası Fransisk qondarma erməni soyqırımını nasizm və stalinizmlə müqayisə edərək deyib ki, bu 3 hadisə XX əsrin faciəsidir. Bu isə Türkiyə ilə Vatikan arasında diplomatik-siyasi gərginlik yaradıb.
Modern.az