Modern.az

Dünya üzrə dindarların sayı – SİYAHI

Dünya üzrə dindarların sayı – SİYAHI

Təhsil

13 Aprel 2015, 22:43


İsveçrənin nüfuzlu Gallup Qlobal Tədqiqat Mərkəzi (WIN-Gallup International Association) dünya ölkələrinin dindarlıq dərəcəsini göstərən beynəlxalq ictimai rəy sorğusunun  nəticələrini açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticələrə görə dünya əhalisinin 3-də 2-si özünü dindar kimi xarakterizə edir.

Ümumilikdə 57 ölkədən 52 min insan sorğuda iştirak edib. 

Türkiyədə dindar olanların sayı 79%-dir. Sorğuda iştirak edənlərin 13%-i isə dindar olmadığını bildirib. Türkiyədə ateistlərin sayı isə cəmi 2% təşkil edir. Məlumata görə Qana (əhalinin 96%-i), Nigeriya (93%), Ermənistan (92%), Fici (92%), Makedoniya (90%), Rumıniya (89%), İraq (88%), Keniya (88%), Peru (86%), Braziliya (86%), Gürcüstan (84%), Pakistan (83%), Moldova (83%), Kolumbiya (83%), Tailand (94%) dinə daha çox inanan ölkələr siyahısındadır.  

Ən çox əhalisi olan Çinin isə cəmi 7%-i dinə inanır. Çinlilərin 61 %-i ateistdir. Yaponiyada dindar olduğunu söyləyənlər 13% təşkil edib. İsraildə isə dindarların sayı 30% dir.

Sorğunun nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 34%-i özlərini dindar hesab edib. 54%-i isə özlərini dindar hesab etmirlər, 0% özlərini tam ateist hesab edib, 13% isə cavab verməkdə çətinlik çəkib. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə