Modern.az

Nazirliklərin qanunsuzluqları Milli Məclisin iclasına çıxarılır

Nazirliklərin qanunsuzluqları Milli Məclisin iclasına çıxarılır

Təhsil

14 Aprel 2015, 09:44

Milli Məclis bu gün yaz sessiyasının növbəti iclasını keçirəcək. Modern.az saytının məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxildir. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Miili Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında. 

2. Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolu"na Doha Düzəlişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. "Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya"ya (KOTİF) qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

4. "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 

5. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında. 

6. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. 

Qeyd edək ki, Hesablama Palatasının hesabat sənədi bir müddət öncə millət vəkillərinə paylanıb. Mətbuat da həmin sənəddə qeyd edilən müxtəlif məsələlər barədə məlumatlar yayıb. Sənəddə bəzi dövlət qurumlarında yol verilən maliyyə mənimsəmələri və digər qanunsuzluqlar barədə faktlar əks olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə