Modern.az

Əbülfəs Qarayev İspanıya Krallığında

Əbülfəs Qarayev İspanıya Krallığında

Təhsil

14 Aprel 2015, 10:04

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti aprelin 14-dən 15-dək İspaniya Krallığının Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sammitin ilk günü dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında dəyirmi masa formatında görüş keçiriləcək.  

 Eyni zamanda sammit çərçivəsində bu ilin 18-19 may tarixlərində Bakıda keçiriləcək  3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMÜTT-ün dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparmaq məqsədilə nazir Əbülfəs Qarayevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlər planlaşdırılır.    

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə