Modern.az

Xoşqədəm Hidayətqızı mətbuat konfransının yerini və vaxtını açıqladı

Xoşqədəm Hidayətqızı mətbuat konfransının yerini və vaxtını açıqladı

Təhsil

14 Aprel 2015, 10:35


Teleməkanın məşhur “Səni Axtarıram” layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirəcək. Modern.az saytına açıqlamasında X.Hidayətqızı mətbuat konfransının saat 12-00-da rəhbərlik etdiyi “Üç nöqtə” qəzetinin redaksiyasında keçiriləcəyini bildirib. O, tədbirdə son günlər “Səni Axtarıram” telelayihəsi ətrafında yaşanan qalmaqala, özü haqqında irəli sürülən iddialara aydınlıq gətirəcəyini vurğulayıb.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni Axtarıram” verilişi ilə birgə ATV-dən ayrılaraq ANS-ə keçib. Bununla bağlı media jurnalist haqqında müxtəlif məlumatlar yayıb. Bu məlumatlar arasında ittihamlar da çoxdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə