
“Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı bəyanatı tamamilə uydurmadır. Bu dini lider haqqı, ədaləti kənarda qoyaraq uydurma bir iddianı qabardır”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Roma Papası I Fransisk Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bir dəfə də olsun danışmayıb: “O bu məsələdə ədalətli olmalıdır”.
Aqşin Kərimov