Mayın 12-də Parlament Jurnalistləri Birliyinin (PJB) 4 üzvü Türkiyəyə gedəcək. Bu barədə Modern.az saytına Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib. Məqsəd Türkiyə-Azərbaycan media əlaqələrinin gücləndirilməsidir.
Səfər Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Mehmet Ali Dimin dəvəti ilə gerçəkləşəcək.
PJB üzvləri Elşad Paşasoy, Aqil Aslan, Pərvin Abbasov və Fərəh Sabirqızının iştirak edəcəyi səfər mayın 17-də başa çatacaq.