Modern.az

Berlin TV-də I Avropa Oyunları haqqında reportaj yayımlanıb - VİDEO

Berlin TV-də I Avropa Oyunları haqqında reportaj yayımlanıb - VİDEO

Təhsil

14 Aprel 2015, 10:20


Almaniyanın Berlin TV kanalı Birinci Avropa Oyunları və Azərbaycanın bu idman yarışına hazırlığı ilə əlaqədar reportaj hazırlayaraq tamaşaçılara təqdim edib.

Modern.az-ın məlumatına görə, reportaj Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, Şuranın dəstəyi ilə Almaniyanın “Godd Media” təşkilatı Azərbaycanda idmanın, turizmin, vətəndaş cəmiyyətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 8 reportaj hazırlayaraq Berlin TV kanalında yayımlayacaq.

 


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə