Modern.az

“Müdafiə nazirinin muzdlu döyüşçülərlə bağlı bəyanatı bizi ciddi narahat etməlidir”

“Müdafiə nazirinin muzdlu döyüşçülərlə bağlı bəyanatı bizi ciddi narahat etməlidir”

Təhsil

14 Aprel 2015, 13:01

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin iclasında Baş Prokurorluğun Slovakiya Milli Şurasının keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işi açılmasını təqdirəlayiq addım hesab edib. Onun sözlərinə görə, İnterpolun Milli Mərkəzi Bürosu da həmin şəxs barədə axtarış elan edib:

“Bu həm də ona görə önəmlidir ki, Azərbaycan hüquq-mühafizə orqanları bu cür qanunsuzluqlarla bağlı ciddi addımlar atır. Bunun nümunəvi tərəfləri var”.

Deputatın fikrincə, bu cür hüquqi addımlar bundan sonra da davam etməlidir. Azay Quliyev müdafiə naziri Zakir Həsənovun Ermənistanın Livandan, Suriyadan muzdlu döyüşçü cəlb etməsi haqqındakı bəyanatını da şərh edib.

Onun sözlərinə görə, Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil:
“Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə ciddi narahat etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə münasibət bildirməlidir. Ermənistanın qanunsuz hərəkətlərinə siyasi qiymət verilməlidir. Bu gün Suriya, Livan, Şimali Afrikadan gələn ermənilər qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə