Modern.az

Məlahət İbrahimqızı: "Avropa ölkələrində külli miqdarda korrupsiya faktı var"

Məlahət İbrahimqızı: "Avropa ölkələrində külli miqdarda korrupsiya faktı var"

Təhsil

14 Aprel 2015, 13:28


Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı Azərbaycanda korrupsiya olması ilə bağlı verilən bəyanatlara münasibət bildirib.

Modern.az xəbər verir ki, deputat korrupsiya ilə bağlı hesabatlara diqqət çəkib. O, həmin hesabatlarda Avropa Birliyinə daxil olan ölkələrdə tibbi sığorta sahəsində külli miqdarda korrupsiya faktlarının olmasının öz əksini tapdığını deyib.

Məlahət İbrahimqızı Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına da etiraz edib:

 “100 il bundan qabaq arxivin küncündə toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibət bildirməməsi təəssüf doğurur”.  

Aqşin Kərimov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə