“ATV telekanalı bu gün Xoşqədəm Hidayıtqızının mətbuat konfransında səsləndirdiyi ittihamlara cavab verəcək”.
Bu barədə Modern.az saytına ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru və sözçüsü Vaqif Aydınoğlu deyib.
O qeyd edib ki, açıqlama şirkət tərəfindən yaxın saatlarda veriləcək. Teleaparıcının ATV telekanlının rəhbəri Vüqar Qaradağlı ilə bağlı səsləndirdiyi fikirlər, ittihamlar aydınlığa qovuşacaq.
Qeyd edək ki, ATV telekanlında qalmaqallı şəkildə ayrılan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran teleaparıcı kanaladan ayrılmasının əsas səbəbkarının ATV rəhbəri Vüqar Qaradağlı olduğunu bildirib. Aparıcı konfransa gələn ATV kanalının müxbirinin tədbirdə iştirakına icazə verməyib.
Gülşən RAUFQIZI