Modern.az

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

Təhsil

14 Aprel 2015, 14:25

Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının hesabatı dinlənilib. Modern.az bildirir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat barədə məlumat verib.

Müzakirələr zamanı çıxış edən deputat Vahid Əhmədovun sözlərinə görə, Hesablama Palatası ilk dəfədir bu cür uğurlu hesabat verir: “Mən Vüqar Gülməmmədovu təbrik edirəm. Ancaq iki təklifim var. Göstəricilər verilərkən MDB ölkələri ilə bağlı deyil, bizim iqtisadi tərəfdaşlarımız olan Avropa ölkələri ilə müqayisəli şəkildə göstərilsin. Digər təklifim vəzifəli şəxslərin tənbeh edilməsi ilə bağlıdır. Daha çox aşağı vəzifəli şəxslər tənbeh olunur. Təklif edirəm ki, qanunvericilik dəyişdirilsin və yüksək vəzifəlilər də tənbeh edilsinlər”.

Müzakirədən sonra hesabat  qəbul edilib.    

Aqşin Kərimov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə