Modern.az

Bakı Meriyası: “Müsavata mitinq üçün yer təklif etdik, istəmədilər”

Bakı Meriyası: “Müsavata mitinq üçün yer təklif etdik, istəmədilər”

Təhsil

14 Aprel 2015, 15:58



Müsavatın 19 aprel tarixinə planlaşdırdığı yürüşün keçirilməsilə bağlı bu gün partiya təmsilçisi Razim Əmiraslanlı Bakı Şəhər İcra Hakimiyyətinin qəbul otağında oldu.

  Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.   O bildirib ki, görüşdə Razim Əmiraslanlıya yürüşə icazə verilmədiyi deyilib:  

“Ona planlaşdırdıqları yürüşün nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan, yürüşdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin, eyni zamanda nəqliyyat vasitələrinin iş ahənginin və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərin yaranma ehtimalını nəzərə alaraq, yürüşün keçilrilməsinin mümkün bildirildi.  

Eyni zamanda Müsavat Partiyasının nümayəndəsi Razim Əmiraslanlıya həmin tarxidə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3155 məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirilməsi təklif edilib.  

O isə bildirib ki, mitinq keçirmək niyyətləri yoxdur”.  

Gülşən RAUFQIZI
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə