Milli Demokrat Partiyası (Bozqurd) faktiki olaraq iki qanada ayrılıb. İndi hər iki qrup qurultaya hazırlaşır.
Bu qruplardan birinin təşkilat komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov açıqlamalarının birində Ukraynadakı hadisələr səbəbindən qurultayı təxirə saldıqlarını bəyan etmişdi. Bundan əvvəl isə partiya daxilində Qələndər Muxtarlı və Tufan Kərimli arasında yaranan ciddi fikir ayrılığı diqqət çəkirdi.Milli Demokrat Partiyasının digər cəbhəsinin təşkilat komitəsinin sədri Qələndər Muxtarlı qurultay və qurum daxili məsələlər ətrafında danışıb.
O, Modern.az-a açıqlamasında deyib ki, Milli Demokrat Partiyasını Tufan Kərimli alver ediləcək bir məkana çevirmişdi. Onun sözlərinə görə, bu partiya Tufan Kərimlinin gəlir mənbəyinə çevrilmişdi: “Sonra partiyanın üzdə olan adamları təkrar yığışdı və bu vaxt İsgəndər Həmidov açıqlama verdi ki, siyasətdən uzaqlaşıb”.
Qələndər Muxtarlı bildirib ki, partiya daxilində bilərəkdən böhran yaradılıb. Onun sözlərinə görə, partiyada kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur: “Amma bütün bunlara baxmayaraq, biz qurultayımızı keçirəcəyik. Mən də təşkilat komitəsinin sədri kimi müzakirələrdə iştirak edirəm”.
Qələndər Muxtarlı İsgəndər Həmidova uğurlar arzuladığını da bildirib.
Aqşin Kərimov