Modern.az

Rəsul Cəfərov məhkəmədə son söz deyəcək

Rəsul Cəfərov məhkəmədə son söz deyəcək

Təhsil

14 Aprel 2015, 16:40


Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı Moderin.az saytına deyib ki, prosesdə Rəsul Cəfərov da iştirak edib: “Demək olar ki, məhkəmə prosesi yekunlaşdı. İclasda zərəçəkmiş kimi tanınan Nicat İmranlı və Əhməd Heybətov iştirak etdi. Onlar bu işdə özlərini zərəçəkmiş hesab etmədiyin, məhkəmədən zərəçəkmiş statusuna xitam verilməsini xahiş etdilər. Bildirdilər ki, Rəsul Cəfərova qarşı hər hansı şikayət tələbi  yoxdur.

Daha sonra müdafiə tərəfi çıxışında bildirdi ki, Rəsul Cəfərova qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur, ittihamlar qanunsuz və saxtadır. Rəsul Cəfərov hər hansı maliyyə pozuntularına yol verməyib. Ona beynəlxalq təşkilatların verdiyi qrantlar layihələri təyinatı üzrə xərclənib. Aprelin 15-nə təxirə salınan məhkəmədə Rəsul Cəfərov son söz deyəcək. Çox güman ki, sabah Rəsul Cəfərov barəsində məhkəmə hökm elan ediləcək”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov 2014-cü ildə avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub. “Amnesty International” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Prokuror ötən prosesdə ona 9 il iş istəmişdi.

Yeganə OQTAYQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə