Modern.az

Fransada Napoleonun məhkəməsi olacaq

Fransada Napoleonun məhkəməsi olacaq

Təhsil

14 Aprel 2015, 16:53


Məşhur fransalı sərkərdə və imperator Napoleon Bonopartın taxtdan imitna edərək Müqəddəs Yelena adasına sürgün ediləmsinin 200 illiyi ilə bağlı Fransada qeyri-adi məhkəmə prosesi keçiriləcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə prosesi mayın 21-də Fransa Debat Federasiyasında baş tutacaq. İctimai təşkilat nümayəndələri bildiriblər ki, Napoleon 1815-c ildə məcburən taxtdan imtina edib və taxta olan hüquqlarını açıq məhkəmə prosesində müdafiə edə bilməyib.

Prosesdə iştirak edəcək hüquqşünasları Sarbonna Universiteti, Siyasi Elmlər İnstitutu və Ali Ticarət Mərkətinin birgə komissiyası tərəfindən seçiləcək.  

Qarşıdakı məhkəmə çəkişməsi həm müdafiə, həm də ittiham tərəfindən böyük natiqlik tələb edəcək.   1815-ci ilin iyununda Vaterloo döyüşündə ingilis-alman qoşunlarına məğlub olan Napoleon Bonopart taxtdan imtina edib və Afrika sahillərində yerləşən Müqəddəs Yelena Adasına sürgün olunub.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə