Modern.az

Roma Papası və “erməni soyqırımı”

Roma Papası və “erməni soyqırımı”

Təhsil

14 Aprel 2015, 17:17

Aprelin 12-də Vatikanda Roma Papası I Fransisk 1915-ci il “ermənui soyırımı”nın qurbanlarının xatirəsinə həsr olunan kilsə ayini icra etdi.

Ermənistan prezidenti Serj Sərksiyanın, Erməni Apostol kilsəsinin rəhbəri II Qareginin, Vatikanın bütün ali ruhani zümrəsinin istirak etdiyi ayin zamanı I Fransisk “Erməni soyqırımı XX əsrin ilk soyqırımıdır” deyərək qəzər dolu ifadə işlətdi. Sayları 1 milyarddan artıq olan katoliklərin dini lideri bununla I Dünya Müharibəsi zamanı baş verən humanitar faciəyə siyasi don geyindirdi.

1915-ci il hadisələrinə soyqırımı deyən kilsə bununla Türkiyəyə əsrlərdən bəri bəslədiyi nifrəti biruzə verdi. Vatikan-Türkiyə münasibətlərinə nəzər salmazdan qabaq, Türkiyənin Vatikana cavabını xatırladaq.

Erməni diasporunun xallarını qazanmaq istəyən Qərb siyasətçilərinin zaman-zaman səsləndirdiyi “soyqırımı” ittihasmlarına Türkiyə daim tutarlı və həssas cavablar verib. I Fransiskin ayin zamanı işlətdiyi məlum ifadələrə cavab olaraq Türkiyə Vatikandakı səfrini geri çağırdı. Dini mərkəzin Ankaradakı təmsilçisi (nuntsi) Antonio Loçibello dərhal izahat üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı.

Xarici işlər naziri Mövlud Çavuşoğlu  I Fransiskin “soyqırımı” barədə fikirlərini “qəbuledilməz” və “əsassız” adlandırdı. Baş nazir Əhməd Davudoğlu Pontifikin nitqinə etirazını “qərəzli”, prezident Rəcəb Tayyib Ərdoğan isə “uydurma” hesab etdi.     Əslində, 2001-ci ildə mərhum Roma Papası II İohan Pavel Ermənistana səfəri zamanı 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıdığını söyləmişdi.

Yalınz Vatikan - Türkiyə münasibətlərinin tarixi I Fransiskin 12 aprel ayinindəki sözlərinə aydınlıq gətirə bilər. Bir fakt mütləq aydın olmalıdır ki, Vatikan heç zaman Türkiyəyə xoşməramlı münasibətdə olmayıb. Osmanlı İmperiyasının Avropa istilaları dövründə Vatikan türklərə və onların simasında İslama qarşı mübarizə çağırışları edirdi.

Təsadüfi deyil ki, 1396-cı ildə məhz Papa IV İnokkentinin çağırışı ilə Osmanlı İmperiyasına qarşı Fransa, İtaliya, Almaniya və digər xristian xalqlarının iştirak etdiyi “xaç yürüşü” təşkil olunmuşdu. Papaların arzusu “asiyalı barbar”ların qitədən qovulması və İslamın qərbə doğru yayılmasının qarşısını almaq idi.

Lakin 1396-cı ilin mayında Bolqarıstanın Nikopol şəhəri yaxınlığında sultan İldırım Bəyazidin qüvvələri “birləşmiş xristian” qüvvələrini məğlubiyyətə uğradırlar. Döyüş zamanı 30 mindən artıq “səlibçi” öldürülür. Halbuki, IV İnokkentiy həmin döyüşçülərə cənnəti vəd edir və qələbə xəbərini alacağı təqdirdə bütün kilsələrdə zəng vurulacağını deyir.


Roma papalarının bu ümdə arzusu 1402-ci ildə İldırım Bəyazidin daha bur şərqli sərkərdə Əmir Teymura məğlub olması və əsir düşməsi ilə çin olur. Həmin gün bütün katolik kilsələrində bayram ayini gerçəkləşir.

Əsrlərlə Osmanlı İmperiyasının süqutuna çalışan, onun tənəzzülünü arzulayan kilsə bu gün imperiyanın varisi Türkiyə Respublikasına zərər verməyə çalışır. Kiçik bir səbəb, manipulasiya etmək üçün istənilən bəhanə Vatikan üçün türklərə qarşı “kozır”dır. Bu zaman Vatikanda kimin Papa olması önəmli deyil, Vatikanın ana xətti türklər əleyhinə məqsəd daşıyır.

I Fransiskin Vatikanda Müqəddəs Pyotr kilsəindəki məlum ayini və soyqırımı ifadəsini işlətməsi məhz Ankaraya zərər vermək, bir növ Çanaqqala zəfəri öncəsi Türkiyənin qanını qaraltmaq məqsədi daşıyır. Amma istənilən halda proqressiv ölkələr tarixi faktlardan müasir siyasətdə manipulasiya vasitəsi kimi istifadə olunmasına imkan verməyəcək.

Vatikan isə sülh və sabitlik yaymalı olan dini mərkəz kimi Türkiyəyə qarşı bəslədiyi xofu içindən çıxarmalı və Türkiyəyə zərər verməkdən vaz keçməlidir.  

Modern.az  



 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə