Modern.az

“Eurovision” yarışmasındakı təmsilçimizin tanıtım turu başladı

“Eurovision” yarışmasındakı təmsilçimizin tanıtım turu başladı

Təhsil

14 Aprel 2015, 17:34

Azərbaycanın “Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Macarıstanın paytaxtı Budapeştdə səfərdə olub.

Modern.az saytı xəbər verir ki, o, Macarıstanda “М1” telekanalının səhər şousunun qonağı olub və müsabiqədə səsləndirəcəyi “Hour of the Wolf” mahnısını ifa edib.

Sonra ifaçı yerli mətbuata bir neçə müsahibə verib. Elnur Hüseynov yarışmanın Macarıstan təmsilçisi Boqqi ilə görüşüb. Hər iki təmsilçi Budapeşti gəziblər. Pərəstişkarları Elnurla Boqqini coşğu ilə qarşılayıblar.

Ölkə təmsilçimizin tanıtım turu çərçivəsində növbəti dayanacaqları Amsterdam, Moskva şəhərləri olacaq. O, aprelin 18-də bu ilki “Eurovision” şousunun 20 iştirakçısı ilə birlikdə Niderlandda hər il keçirilən ənənəvi “Eurovision in Consert” partisində çıxış edəcək. Aprelin 24-də isə Rusiyanın paytaxtında müsabiqə öncəsi daha bir tədbirə qatılacaq.

Müsahibəsində böyük Eurovision ailəsinə qayıtmaqdan məmnunluğunu bildirən təmsilçimiz bu il Avstriyanın paytaxtında keçiriləcək müsabiqədə ikinci yarımfinalında səhnəyə çıxacaq. O, 11-ci çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı mayın 21-də, finalı isə 23-də olacaq.

Sevinc Yasinqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə