Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb.
***
Ölkə başçısı Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Modern.az