Modern.az

Putin "İlin adamı" seçildi

Putin "İlin adamı" seçildi

Təhsil

14 Aprel 2015, 20:54


ABŞ-ın “Time” jurnalının oxucular arasında keçirdiyi “Planetin 100 ən nüfuzlu insanı” sorğusunun nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putin birinci yeri tutub.
AZƏRTAC jurnalın saytına istinadla xəbər verir ki, prezident Vladimir Putin, Roma papası Fransisk, prezident Barak Obama, kansler Angela Merkel kimi liderləri geridə qoyub.
Rusiya prezidenti jurnalın oxucularının səslərinin 6,95% faizini qazanıb ki, bu da onun birinci yeri tutması üçün kifayət edib. Sorğunun nəticələrinə görə, 6,6 faizlik səslə ikinci yeri Koreya Respublikasından müğənni Li Çe Rin, üçüncü yeri isə müğənni Ledi Qaqa (2,6 faiz) tutub.
Səsvermə jurnalın saytında və sosial şəbəkələrdəki səhifələrində aparılıb.

 Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə