İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfkham xarici ölkələrdən birindəki diplomatik missiyaya rəhbərlik edəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunun hansı ölkə olacağı hələ ki açıqlanmır.
Əfkham İran dövlətinin tarixində ikinci, 1979-cu il İslam inqilabından sonra isə diplomatik missiyaya rəhbərlik edəcək ilk qadın diplomat olacaq. Xatırladaq ki, 2009-cu ildə iranlı siyasətçi Mərziyə Vahid Dəstjerdi İslam inqilabından sonra İran hökumətinin tərkibinə daxil olan ilk qadındır. O, keçmiş prezident Mahmud Əhmədinejad hökumətində 2012-ci ilə qədər səhiyyə naziri postunu tutub.
Modern.az