Milli Məclisin üzvü Etibar Hüseynov ATV telekanlında qalmaqallı şəkildə ayrılan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının ANS-ə keçməsinə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, deputat-jurnalist E.Hüseynov bu məsələdə ATV-nin tərəfini tutub.
”ATV və Vüqar Qaradağlı kimi insanla dil tapa bilməyən xanım... sənə ANS və Vahid-Mirşahinlə əməkdaşlığında uğurlar arzulayıram...”, -deyə o özünün “Feysbuk” səhifəsinə olaya münasibətini sərgiləyib.