Modern.az

Çempionlar Liqası - 1/4 final: İki oyunda 1 qol - VİDEO

Çempionlar Liqası - 1/4 final: İki oyunda 1 qol - VİDEO

Təhsil

15 Aprel 2015, 02:59

Aprelin 15-nə keçən gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki oyunu keçirilib. Modern.az saytının məlumatına görə, İtaliyanın Turin şəhərində yerli "Yuventus" klubu Fransanın "Monako" komandasını qəbul edib. İtalyanlar qələbəni yalnız penalti hesabına təmin edə biliblər. Oyunun taleyini Arturo Vidalın 57-ci dəqiqədə vurduğu yeganə qol həll edib – 1:0.

Çempionlar Liqasının ötən ilki finalçıları İspaniyada qarşılaşıblar. Belə ki, Madriddə "Real" və "Atletiko" üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, 1/4 finalın daha iki oyunu aprelin 15-də keçiriləcək. "Portu" (Portuqaliya) öz meydanında "Bavariya" (Almaniya), PSJ (Fransa) isə "Barselona" (İspaniya) ilə qarşılaşacaq.




Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə