Modern.az

Ermənistanda azərbaycanlı qardaşların məhkəməsi olub

Ermənistanda azərbaycanlı qardaşların məhkəməsi olub

Təhsil

20 Sentyabr 2010, 10:10


Ermənistanın Tavuş rayon məhkəməsi  qaçaqyolla bu ölkəyə dərman vasitələri keçirmiş Gürcüstan vətəndaşları Abdullayev qardaşları barədə hökm çıxarıb. Modern.az xəbər verir ki, bu barədə erməni “Qrapark” qəzeti məlumat yayıb. 
Marneuli rayon Sadaxlo kənd sakinləri 33 yaşlı Əsəd və 29 yaşlı Rəşad Abdullayev qardaşları Baqrataşeni gömrük məntəqəsindən qaçaqyolla Ermənistana 9 adda dərman maddələri keçiriblər.  Onlar dərmanları günəbaxan tumu kisələrində gizlədiblər. Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları azərbaycanlı qardaşları və onlarla  əlbir olan Ermənistan vətəndaşı, dərman biznesi ilə məşğul olan Armen Arakelyanı həbs ediblər. Abdullayev qardaşları 5 ay müddətində erməni həbsxanasında qalmalı olubular.

Məhkəmə Abdullayev qardaşlarını təqsirli hesab edərək onların hər biri barədə 3 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Dərman maddələri müsadirə olunub.  Məhkəmə prosesində məhkumların yaxınlar- ata və qardaşı iştirak edib.

Qəzet yazır ki, Gürcüstan vətəndaşları olan azərbaycanlılar - məhkumların yaxınları İcevan şəhər mərkəzində məhkəmə qarşısında sakitcə dayanaraq məhkəmənin qərarını gözləyiblər. Onlar tanışları ilə erməni dilində danışblar. Onlara məhkəmənin qərarını tərcümə etmək lazım gəlməyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə