Modern.az

Xəzər Strateji İnstitutunun nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Xəzər Strateji İnstitutunun nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Təhsil

15 Aprel 2015, 11:49


Bakı Ali Neft Məktəbinə (BANM) Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti səfər edib. Səfər çərçivəsində Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, HASEN Ali Məşvərət Şurasının üzvü, professor Deniz Ülke Arıboğan,  İstanbul Avrasiya İnstitutunun rəhbəri, HASEN Bilim və Uzmanlar Şurasının rəhbəri Bekir Günay, HASEN –in baş katibi Haldun Yavaş, HASEN-in strateji və siyasi məsələlər üzrə koordinatoru Əfqan Niftiyev,  HASEN-in tədris işləri üzrə koordinatoru Emin Axunzadə, tədqiqatçı Seda Birol BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər. 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışan rektor E.Qasımov Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən də söz açıb.

Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı  yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. H.Akıncı təmsil etdiyi İnstitutun başlıca məqsədinın Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib. O, institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.

Sonda qonaqlar professor-müəlim heyəti və tələbələrin suallarını cavablandırdılar.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə