Modern.az

“Lalə Şövkət öz sözünü deyəcək”

“Lalə Şövkət öz sözünü deyəcək”

Təhsil

15 Aprel 2015, 12:32

“Lalə Şövkət həmişə olduğu kimi dünyada və Azərbaycanda baş verən siyasi prosesləri izləyir və bunları təhlil edib, nəticələr çıxardır”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. O, ALP lideri Lalə Şövkətin yazdığı təhlillərin mətbuatda işıqlanmamasının səbəbləri barədə suala da cavab verib.

Əvəz Temirxan bildirib ki, Lalə Şövkət özü və təhlilləri, analizləri həlledici məqamlarda mətbuatda görünəcək. “O həlledici məqamlar nədən ibarətdir” sualına isə partiya sədri belə cavab verib:

“İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə Azərbaycan dövləti və xalqı üçün vacib olan məsələlərdə Lalə Şövkət öz mövqeyini ortaya qoyacaq. İndi isə Azərbaycan siyasi həyatında durğunluq yaranıb. Aktivlik müşahidə olunanda Lalə xanım öz sözünü deyəcək. Amma Lalə xanım gündəlik olaraq təhlilləri, mövqeyini ortaya qoymağa ehtiyac duymur”.

Lalə Şövkətin hazırda Bakıda olduğunu deyən Əvəz Temirxan əlavə edib ki, onun iş üslubu mətbuatdan kənar fəaliyyət göstərməkdir.

O, Lalə Şövkətin sağlamlığının əla vəziyyətdə olduğunu da söyləyib: “Ötən axşam onunla danışmışam. Hər şey yaxşıdır”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə