Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

15 Aprel 2015, 13:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə