Azərbaycanda saxta sənəd satılması ilə bağlı daha bir qanunsuzluq aşkarlanıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına Cəlilabad rayonu Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb satdığı üçün saxlanılıb.
Modern.az