Modern.az

12 aprel tarixli sınaq imtahanlarının nəticələri açıqlandı

12 aprel tarixli sınaq imtahanlarının nəticələri açıqlandı

16 Aprel 2015, 16:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 12-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

Modern.az xəbər verir ki, imtahan nəticələri ilə TQDK-nın internet saytına daxil olub və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

İmtahanlar respublikanın 32 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuzda keşirilib.

İmtahanda iştirak etmək üçün 48376 abituriyent qeydiyyatdan keçmişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə