“Təkliflər komissiyaya yerlərdən gəlir. Komissiya məqbul hesab etdiyi məsələnin müzakirəsini Milli Məclisə tövsiyə edir. Kütləvi informasiya vasitələrində hər hansı məsələyə görə komissiyanın yekun qərar verməsi ilə bağlı məlumatın yayılması isə Toponomiya Komissiyasının günahı deyil”.
Bu barədə Modern.az saytına Toponomiya Komissiyasının üzvü, millət vəkili Musa Quliyev bildirib.O qeyd edib ki, istənilən komissiyanın qərar vermək hüququ var: “Amma adın dəyişdirilməsi, yeni ad qoyulması qanunla yerli icmalara, icra hakimiyyətlərinə və bələdiyyələrə verildiyinə görə biz onların göndərdikləri qərarları müzakirə edirik.
Məqbul hesab etdiyimizi Milli Məclisə göndəririk, qalanlarını isə qeydlərlə birgə geri qaytarırıq. Bunun özü bir qərardır. Lakin dünən bizim qəbul etdiyimiz qərar baxılması üçün Milli Məclisə tövsiyə olunub. Qanunverici orqan olaraq son qərarı Topnomiya Komissiyası deyil, məhz Milli Məclis verir”.
Qeyd edək ki, Toponomiya Komissiyasının dünənki iclasından sonra bir çox kütləvi informasiya vasitələri komissiyasının 20-ə yaxın kəndin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul etdiyinə dair informasiya yayıb.
Gülşən RAUFQIZI