Modern.az

Daha bir jurnalist öldürüldü

Daha bir jurnalist öldürüldü

17 Aprel 2015, 11:05


Ukraynada son 2 sutkada 3-cü jurnalist öldürülüb. Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Xmelnitsk vilayətində “Neteşinski Vestnik” qəzetinin baş redaktoru Olqa Moroz qətlə yetirilib. Yerli mətbuat jurnalistin üzərnidə zorakılıq əlamətləri olan cəsədinin mənzilində aşkar olunduğunu xəbər verir.

35 min sakini olan Neteşin şəhərində baş verən cinayət faktı ilə bağlı Ukrayna polisi hərəkət keçib.

Ötən gün Ukraynada jurnalistlər Olesya Buzin və Sergey Suxobokun də naməlum şəxslər tərəfindən öldürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə