Modern.az

Gənc Tamaşaçılar Teatrı 83-cü teatr mövsümünə start verib

Gənc Tamaşaçılar Teatrı 83-cü teatr mövsümünə start verib

20 Sentyabr 2010, 16:53

Sentyabrın 18 və 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 83-cü mövsümünə start verdi. Bu məqsədlə keçirilən mərasimdə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov teni mövsümündə sənətsevərləri zəngin repertuar gözlədiyini deyib.

Modern.az-ın məlumatına görə, teatrın açılış günü Hüseyn Cavidin iki hissədən ibarət «Şeyx Sənan» faciəsi tamaşaçılara təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Tamaşada rolları əməkdar artistlər Rahib Əliyev (Şeyx Əbuzər), Gülər Nəbiyeva (Zəhra), Şövqi Hüseynov (Şeyx Sənan), Nofəl Vəliyev (Şeyx Hadi), İlqar Cahangirov (Dərviş), Leyli Vəliyeva (Xumar), Qəmər Məmmədova (Nina), Seyidşah Məmmədov (Platon),  aktyorlar Rövşən Abbasov (Şeyx Kəbir), Güşvər Şərifova (Əzra), Sərvər Əliyev (Şeyx Sədra), Vüqar Məmmədəliyev (Şeyx Mərvan), Bəxtiyar Kərimov (Şeyx Cəfər), Elnur Hüseynov (Anton), Eyvaz İbrahimov (Simon), Kərəm Hadızadə (papas) və digərləri canlandırıblar.

Həmin gün teatr balaca seyrçilərini də unutmayıb. Yaradıcı kollektiv Blangi Marvinin «Yatmış gözəl» iki hissəli nağıl tamaşası ilə kiçik tamaşaçılarını sevindirib.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Sevinc Həsənovadır, musiqi tərtibatı İnşalla Hüseynova, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Rolları əməkdar artist Naibə Allahverdiyeva (Kraliça), aktyorlar Elşən Şirəliyev (Kral), Asya Atakişiyeva (Gözəl), Nicat Kazımov (Füsunkar), Zülfiyyə Alhüseynova (Pərilər Kraliçası), Almaz Mustafayeva (I xanım), Güşvər Şərifova (II xanım), Müşfiq Əliyev (I lord), Natiq Fərzəliyev (II lord), Qədirhüseyn İsmayılov (aşbaz) və digərləri bölüşüblər.

Aktyor ifası, səhnə tərtibatı, dekorlar, səs effektləri, geyimlər və ümumilikdə hər bir detal səhnə əsərlərinin uğurlu qarşılanmasına təkan verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi