Modern.az

Elşad Paşasoyun rəqibi seçki dairəsini dəyişdi

Elşad Paşasoyun rəqibi seçki dairəsini dəyişdi

Təhsil

20 Sentyabr 2010, 16:59

“Qarabağ” seçki blokunun 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd kimi göstərilmiş Ümid Partiyasının Ali Məclisinin sədri Ənvər Ağazadə dairəsini dəyişib. Modern.az-a blokdan daxil olan məlumata görə, Ənvər Ağazadə namizədliyini 18 saylı Nərimanov-Nizami seşki dairəsindən irəli sürəcək.

Qeyd edək ki, həmin dairədən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy namizədliyini irəli sürüb.  Modern.az-a açıqlamasında Elşad Paşasoy bildirib ki, Ənvər Ağazadənin namizədliyi ilə bağlı Ümid partiyasının rəhbərliyi və şəxsən Ali Məclisin sədrinin özü ilə söhbətləri olub.
“Ümid partiyasının bir namizədi seçkilərə qatılmaqdan imtan etdiyinə görə Ənvər Ağazadə şəhər dairəsindən namizəd olub. Ona uğurlar arzulayıram”-deyə E. Paşasoy bildirib.

Həmkarımız özü isə 72 saylı Yardımlı –Masallı seçki dairəsindən müstəqil namizəd kimi seçkilərə qatılacaq. 
“Mən seçkilərə blokun vahid namizədi kimi qatılmıram. Amma Musavat Partiyası seçkilərdə mənə dəstək verəcək”-deyə E.Paşasoy bildirib.

Əldə etdiyimiz məlumatlara görə, AXCP-Müsavat bloku həmin dairə üzrə vahid namizədi müəyyənləşdirə bilməyib. AXCP burada vahid namizəd kimi öz namizədinin olduğunu israr edir. 

Müsavat  Məclisinin üzvü olan E. Paşasoy blokun qərarını gözləmədən sənədlərini DSK-ya təqdim edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır