Modern.az

Güc nazirliklərində çalışanların maaşları artırıldı

Güc nazirliklərində çalışanların maaşları artırıldı

Təhsil

20 Sentyabr 2010, 20:20

Prezident İlham Əliyev Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətlərinin, habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda çalışan hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, güc nazirliklərində çalışanların aylıq vəzifə (taarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı