Modern.az

Türkiyəli iş adamları Ermənistanla sərhədin açılmasını tələb edirlər

Türkiyəli iş adamları Ermənistanla sərhədin açılmasını tələb edirlər

20 Sentyabr 2010, 21:23

Akdamar kilsəsində 95 il sonra dini ayinlərin keçirilməsi  Türkiyə - Ermənistan sərhədinin açılması məsələsini yenidən gündəmə gətirdi. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, son hadisəni dəyərləndirən Türkiyə iş adamları türk-erməni  sərhədinin açılmasını istəyir.

Van Sənaye və Ticarət Odasının  başkanı Zahir Kandaşoğlu “Anadolu” agentliyinə verdiyi müsahibədə siyasətin ticarətin önünə keçməməsi, sərhədlərin qalxması, sərbəst bölgələrin önünün açılması vacibliyini bildirib. Vanın sənayə və ticarət potensialının hər zaman güclü olduğunu deyən  Kandaşoğlu 57-ci Ecevit hökuməti dönəmində həyata keçirilən DAP layihəsinin özəlliklə Doğu Anadolu İnkişaf Agentliyinin qurulması ilə özünü təsdiq etdiyini, bölgəyə həvəsləndirmənin artmasıyla yerli və xarici sərmayələrin də artdığını deyib. Onun sözlərinə görə, iranlı bir şirkət Vanda İrandan qatarla neft gətirərək burada quracağı müəssisədə emal etmək istəyir, başqa bir alman şirkəti isə Vanda su emalı ilə məşğul olan müəssisə açmaq istəyir. 

Kandaşoğlu qeyd edib ki, Ermənistandan da bizns təkliflər var. Erməni bir firma İrəvan - Van arasında bir havayolu şirkəti qurmaq təşəbbüsü ilə çıxış edib.  Kandaşoğlu bu təşəbbüsü  yüksək qiymətləndirərk Türkiyə - Ermənistan səphədinin dərhal açılmasını istədiklərini  deyib.

O, Ermənistanla sərhədin açılması durumunda 50 min insanı işlə təmin edəcəyini vəd edib.

1990-cı illərə qədər əhalisinin sayı 8 min olan şəhərə 150 min turist gəldiyini  xatırladan Kandaşoğlu sərhədin açılmasıyla Vanın yenidən turizm mərkəzi olacağını  söyləyib. “Sərhəd xətləri qalxmalı, azad bölgələrin önü açılmalıdır. Məsələn, Vanın ən gözəl yerlərindən olan Çarpanak adası nədən Las Veqas olmasın? Siyasət ticarətin önünə keçməməlidir”.

Vanda 15 milyon dollarlıq lüks otel tikən şirkətin rəhbəri Umut Akay bütün bölgə iş  adamlaranın həm demokratik açılım, həm də Türkiyə-Ermənistan sərhəd qapılarının dərhal açılmasını arzu etdiklərini bildirib. Akay 90-cı illərə qədər İran, İsrail və Ermənistandan Vana minlərlə turist gəldiyini xatırladaraq,  tezliklə Vanın əvvəlki görkəmini alacağını söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır