Modern.az

Azərbaycan və ABŞ prezidentləri görüşəcəklər

Azərbaycan və ABŞ prezidentləri görüşəcəklər

21 Sentyabr 2010, 10:24

Azərbaycan və Birləşmiş Ştatların prezidentləri İlham Əliyev və Barak Obamanın görüşəcəklər. Ağ evin yaydığı məlumata görə, bu görüş sentyabrın 24-də Nyu-Yorkda keçiriləcək.

Milli təhlükəsizlik üzrə müşavirin müavini Ben Rodes Vaşinqtonda jurnalistlərə bildirib ki, prezident Barak Obama cümə günü bir sıra görüşlər keçirəcək: "Səhər Birləşmiş Ştatların bir çox məsələlər, o cümlədən Əfqanıstanda əsas tərəfdaşımız olan Azərbaycan prezidenti ilə görüş planlaşdırılır".

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində baş tutacaq.
Sentybarın 20-də Baş Assambleyanın 65-ci sessiyasının açılşı olub.

Assamblyeada 140 ölkə başçısı və rəsmisi Minilliyin İnkişaf Məqsədlərini müzakirə edirlər. Bu məqsədlər yoxsulluğun aradan qaldırılması, uşaq ölümünün azaldılması, təhsil imkanlarını artırmaq və AİDS-lə mübarizənin gücləndirilməsidi.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi