Modern.az

Qazaxlar Trans Xəzər boru xəttinə inanmır

Qazaxlar Trans Xəzər boru xəttinə inanmır

21 Sentyabr 2010, 10:48
 Qazaxıstanın baş naziri Kərim Məsimov TransXəzər Mavi Qaz Boru Xətti layihəsinin iqtisadi səmərəliliyinə inanmadığını açıqlayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Məsimov  jurnalistlərlə görüşdə bəyan edib ki,  Tranz Xəzər iqtisadi məqsədlərə uyğun gəlmir.

“Mən daha öncə Rusiya Federasiyası  hökumətinə, Azərbaycan və Amerika tərəfdaşlara da Xəzər təbii qaz boru xəttinin siyasi utopiya olduğunu bir neçə dəfə dilə gətirdim”,-deyə Məsimov bildirib.

Layihənin heç bir şəkildə iqtisadi məqsədlərə uyğun gəlmədiyini  ifadə edən Məsimov mavi qazın Xəzər dənizindən Azərbaycana ixrac etmənin mayeləşdirilmiş qaz texnologiyası ilə mümkün olduğunu,  lakin bunun çox maliyyə tələb etdiyini deyib.  Onun sözlərinə  görə, bu məsələ indi Qazaxıstan üçün  müzakirə mövzusu deyil.    
Qazaxıstanda iddia edildiyi kimi çox  miqdarda mavi qaz tapılmadığını önə sürən Məsimov qazax  qazının Rusiya və Çinə ixrac edilməsi gərəkliyini bildirib. 

Baş nazir  qazax neftinin ixrac həcminin önümüzdəki illərdə 2 dəfə artırmağı nəzərdə tutduqlarını deyərək əlavə edib ki, “Rusiyanın  tranzit  sisteminin imkanı nə qədərdirsə, biz o qədər nefti Rusiya üzərindən ixrac edə bilərik. Digərni isə başqa marşrutlarla Çin və Xəzər üzərindən nəql edə bilərik”.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub