İranın nüvə proqramına dair “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) apardığı danışıqların növbti raundu gələn həftə Nyu-Yorkda baş tuta bilər.
Modern.az saytının məlumatına görə bu barədə danışıqlarda iştirak edən mənbə TASS agentliyinə bildirib.
Mənbə qeyd edib ki, ABŞ-da baş tutması ehtimal edilən görüşdə tərəflər yekun razılaşmanın mətninin hazırlanması üzərində işləri davam etdiricəklər.
Qeyd edək ki, İranla Qərb arasında yekun razılaşmanın iyun ayını 30-dək imzalanacağı gözlənilir.
Modern.az