Modern.az

Bakıdakı hoteldə bank müdirini öldürən şəxs tutulub

Bakıdakı hoteldə bank müdirini öldürən şəxs tutulub

Təhsil

23 Aprel 2015, 11:40



Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün “Avropa” hotelində bir nəfir öldürən, digərini isə yaralayan əvvəllər məhkum olunmuş1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev tutulub.

Qeyd edək ki, hadisə aprelin 21-də Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə