Modern.az

Daha bir xəbər saytı fəaliyyətə başladı

Daha bir xəbər saytı fəaliyyətə başladı

Təhsil

23 Aprel 2015, 11:47


Media məkanında daha bir sayt yaranıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin yaratdığı mediagroup.az portalı 2015-ci il aprelin 22-sindən işə başlayıb. Azərbaycanda, eləcədə dünyada baş verən yenilikləri öz oxucularına çatdırmağı qarşısına məqsəd qoyan mediagroup.az portalının baş redaktoru Azər Ağayevdir. Xəbər portalı gündəlik xəbərlərlə yanaşı , video, foto görüntülər, aylıq və rüblük təhlillər təqdim edəcək.
Həmçinin portalda gənc jurnalistlərin hazırladığı verilişlərə, eləcə də apardıqları sorğulara baxmaq mümkün olacaq.
“14 nəfər işçi qrupu ilə fəaliyyətə başlayan mediagroup.az saytı gündəlik xəbər bülleteni ilə daim oxucuların xidmətində. Xəbər bizdən, seçim sizdən”-deyə baş redactor Modern.az-a açıqlamasında deyib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə